Azərbaycan çempionatında 11-ci tur başlanıb.

Açılış oyununda “Qarabağ” doğma arenada “Turan Tovuz”u qəbul edib. İlk 9 oyununda qalib gələn Ağdam klubu seriyanı davam etdirib. Artıq 2-ci dəqiqədə meydan sahiblərinin heyətində Ovusu Kvabena hesabı açıb. Fasilə ərəfəsində qonaqların qapısına penalti təyin edilib. Ramil Şeydayev fürsəti əldən verməyib. 2-ci hissədə  “Qarabağ” futbolçuları daha bir qol vurublar. Filip Ozobiç qarşılaşmada yekun nəticəni müəyyənləşdirib 3:0. 10-cu görüşündə 10-cu qələbəsini əldə edən “Qarabağ”  maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın rəqibi Sabahı 5 xal qabaqlayır. Turan Tovuz isə 12 xalla 6-cı pillədədir.